İnsanlara hürriyət, millətlərə istiqlal!

Jurnalist Modest Kolerov "Regnum" xəbər agentliyindən qovuldu

Jurnalist Modest Kolerov "Regnum" xəbər agentliyinin baş redaktoru vəzifəsindən azad edilib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, onun qovulması barədə qərar təsisçilər tərəfindən verilib.

“Axşam saatlarında “Regnum”dan qovulduğumu öyrəndim. Ancaq xəyallarımda hələ də onun elektron redaksiyasında işləyirəm. Bu yola 23 ildən əvvəl başladım. Həyatın səhifəsi çevrildi. Mən onunla fəxr edirəm. "Faşist işğalçılarına ölüm”,-deyə Kolerov teleqram kanalında yazırdı.

"Regnum" əməkdaşları yeni baş redaktorun rəhbərliyi altında işləməyə davam edəcəklər.

Xatırladaq ki, “Regnum” portalı qatı ermənipərəst mövqeyi ilə tanınan sayt hesab olunur. Sayt rəhbərliyi 2022-ci ildə Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibəni hərtərəfli dəstəkləyib. Ona görə də, Modest Kolerovun hansı səbəbdən işinə son verilməsi maraq doğurub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR