İnsanlara hürriyət, millətlərə istiqlal!

Jurnalist Krasovskinin qarnının ağrısı nədir? – Simonyanın şərhi

RT kanalının baş redaktoru Marqarita Simonyan jurnalist Anton Krasovskinin vəziyyəti barədə məlumat verib. Bundan əvvəl Krasovskinin özü qeyd etmişdi ki, keçən həftə qarnı ağrıyıb, huşunu itirib və xəstəxanaya yerləşdirilib.

Musavat.com xarici medaya istinadla xəbər verir ki, Ukrayna mətbuatı ölkənin hərbi kəşfiyyatının məlumatlarına əsaslanaraq Krasovskinin zəhərləndiyini iddia edib, bildirib ki, jurnalistin vəziyyəti pisləşir və kimsə sosial şəbəkələrdə onun əvəzindən son mesajlarını yazır.

Marqarita Simonyan isə Telegram kanalında yazıb ki, jurnalist özünə gəlir: "Krasovski indicə mənə zəng etdi. Və bu, həqiqətən də Krasovski idi, kiyevlilərin dediyi kimi, onun əvəzindən danışan başqası deyildi”.

O, keçmiş işçisi ilə başğlı hər şeyin "həmişəki kimi, Allahın köməyi ilə" yaxşı olacağına ümid etdiyini bildirib.

Xatırladaq ki, Rusiyanın Ukraynaya hücumunu ilk gündən şiddətlə dəstəkləyən Krasovski bir müddət əvvəl ukraynalı uşaqların hamısını suda batırmağın lazım olduğunu deməsilə məşhurlaşıb. O, bu qalmaqallı bəyanatından sonra üzr istəsə də, telekanaldan qovulub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR