İnsanlara hürriyət, millətlərə istiqlal!

Juravelin döyülməsi işi qapadıldı - Kadırovun oğlu azyaşlı olduğuna görə...

Polis Quranı yandırmaqda təqsirli bilinərək həbs edilən Nikita Juravelin Çeçenistan rəhbəri Ramzan Kadırovun 15 yaşlı oğlu tərəfindən döyülməsi ilə bağlı araşdırmanı başa çatdırıb.

Musavat.com xəbər verir ki, bu barədə “Baza” Telegram kanalı yazır.

Mənbənin sözlərinə görə, Daxili İşlər Nazirliyi cinayət işi başlamaqdan imtina edib. Belə bir qərarın Kadırovun oğlunun cinayət məsuliyyəti yaşına çatmaması ilə əlaqədar olduğu aydınlaşdırılır.

“Baza”-nın yazdığı kimi, Juravelin istintaq təcridxanasında döyülmə işi üzrə istintaq avqustun 18-də Qroznı polisi 1 saylı istintaq təcridxanasında saxlanılan şəxsə bədən xəsarəti yetirilməsi barədə məlumatı qeydə aldıqdan sonra başlayıb.

Qeyd edək ki, məlum insidenti əks etdirən videonu Ramzan Kadırov özzü yayıb və oğluyla fəxr etdiyini qeyd edib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR