İnsanlara hürriyət, millətlərə istiqlal!

Joxovurd: Ermənistanın Azərbaycana dəhliz verməsi ilə bağlı geosiyasi konsensus var

Görünür, Sünik (Zəngəzur) bölgəsində dəhliz açmaq mövzusu bağlanmayıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “Joxovurd” qəzeti yazıb.

“Məsələ burasındadır ki, bütün geosiyasi mərkəzlər bu dəhlizdən danışmağa, hər açıqlamada öz nöqteyi-nəzərlərindən danışmağa davam edirlər.

Görünən odur ki, dünyada Ermənistanın bu dəhlizi Azərbaycana verməsi ilə bağlı konsensus var, amma onun hansı sənəd əsasında və hansı statusda olması ilə bağlı konsensus yoxdur.

İndiyədək Nikol Paşinyan yol verəcəyini inkar etmir, ancaq “dəhliz” terminini işlətməkdən yayınır. Bu baxımdan oktyabrın sonunda Brüsseldə keçiriləcək görüş həlledici əhəmiyyət kəsb edir və dəhliz-yolun hansı sənəd əsasında veriləcəyi də məhz orada həll olunacaq.

Rusiya prezidenti Vladimir Putin həmişə bəyan edib ki, yolların açılması regiona müsbət təsir göstərə bilər. ABŞ tərəfi isə Ermənistanın suverenliyinin qorunmasından danışır. Avropa tərəfi də tez-tez oxşar bəyanatlar verir.

"Aİ Ermənistanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəkləyir", - deyə Avropa Parlamentinin rəhbəri Roberta Metsola oxşar bəyanatla çıxış edib.

Beləliklə, vəziyyət onu göstərir ki, Ermənistanın bu dəhlizi Azərbaycana təhvil verməsi ilə bağlı geosiyasi konsensus var, lakin Qərb heç bir halda onun Rusiyanın nəzarətində olmasını istəmir. Nəyin bahasına və kimin nəzarətində olacağı bu ayın sonunda Brüsseldə bəlli olacaq”, - deyə məqalədə qeyd olunub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR