İnsanlara hürriyət, millətlərə istiqlal!

Jirinovskinin nikahdankənar oğlu atasının sərvətinə sahib olmaq istəyir

Rusiya Liberal Demokrat Prtiyasının (RLDP) fraksiyasının mətbuat xidmətinin rəhbəri Aleksandr Dupin Vladimir Jirinovskinin qeyri-qanuni oğlu Oleq Eydelşteynin atalığın tanınması faktının müəyyən edilməsi ilə bağlı iddiasını şərh etməyib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Eydelşteynin iddia ərizəsi avqustun 2-də qeydə alınıb və məhkəmələrin işinə verilib.

"Biz Vladimir Volfoviçin ailə işləri ilə məşğul deyilik", - Dupin deyib.

2022-ci ilin aprelində vəfat edən Vladimir Jirinovskinin 36 yaşlı qeyri-qanuni oğlunun iddiası ilə bağlı avqustun 4-də yayılan məlumata görə, Oleq Eydelşteyn siyasətçinin mirasına sahib çıxmaq istəyir.

Bu ilin fevral ayında Moskvanın Tverski rayon məhkəməsi Oleq Eydelşteyni "hakimiyyət nümayəndəsinin qanuni tələbinə tabe olmamaqla birlikdə xırda xuliqanlığa görə" 15 sutkalıq inzibati həbsə göndərib.

Qeyd edək ki, Jirinovski bir qadınıa Qalina Aleksandrovna Lebedeva ilə iki dəfə - 1971-1978 və 1996-2022-ci illərdə nikahda olub və ondan İqor Lebedev ad-soyadlı oğlu var.

Bununla yanaşı, RLDP sədrinin iki nikahdankənar övladı da var: Oleq Vladimiroviç Eydelşteyn (Qazdarov) və Anastasiya Vladimirovna Petrova..

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR