Onlayn ictimai-siyasi qəzet
Müğənni İzzət Bağırov hazırda səhhətində ciddi problem olan meyxanaçı Xəyyam Əhmədlinin ziyarətinə gedib.
Sənətçi Xəyyamın yardıma ehtiyacı olduğunu bildirib:
“Hamı bilir ki, Xəyyamın vəziyyəti yaxşı deyil. Tək meyxanaçılar yox, bütün sənət adamları yanında olsun. Sənət dostlarımızdan, onun sözlərinə mahnı oxuyanlardan xahiş edirəm ona dəstək olsunlar”.
Qeyd edək ki, Xəyyamın ürəyində problem var. Onun qarnına su yığılıb və ürəyini yenidən əməliyyat etmək mümkün deyil. Sağalması üçün ona qiyməti 130 min dollar olan aparat lazımdır. X.Əhmədli 2018-ci ildə ürəyindən anju olunub. (Axşam.az)
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ