İnsanlara hürriyət, millətlərə istiqlal!

İzmirdə meşəlik ərazidə yanğın baş verib

Türkiyənin İzmir şəhərinin Qaziemir rayonunda meşəlik ərazidə yanğın çıxıb.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, hadisə rayonun Sarnıç gölməçəsi yaxınlığında baş verib.

Bildirilib ki, bölgənin meşəçilik administrasiyasına aid 5 təyyarə, 8 helikopter, 21 su tankeri, 8 su təchizat vasitəsi və 6 buldozer əraziyə cəlb edilib.

Yanğına müdaxilə müddətində bölgəyə yaxın olan Adnan Menderes Hava Limanında hava nəqliyyatının uçuş-enişində ləngimələr olub. Tüstü azaldıqdan sonra hava nəqliyyatı axını normal vəziyyətə düşüb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR