İnsanlara hürriyət, millətlərə istiqlal!

İyun ayının bəxtəvər bürcləri - Toy, yeni iş, gözəl fürsətlər...

İyun ayının ən şanslı bürcləri açıqlanıb. 

Həmin bürcləri təqdim edirik: 

Əkizlər 

İyun ayının ən çox görünən bürcü siz ola bilərsiniz. Günəş, Yupiter və Venera sizə dəstək olacaq. Etməli olduğunuz şey, özünüzü ilahi sistemə təslim etmək və həyatın axınına kənardan baxmağa çalışmaqdır. Bu məqsədlə sistem sizə akademik həyatınız, xarici əlaqələr, məhkəmə işləri ilə bağlı fürsətlər vəd edir. Xüsusilə iyunun əvvəlində bu vəziyyəti çox yaşaya bilərsiniz. Bu ay ərzində ilahi sistemə güvənməyiniz və həyatınızdakı bəzi dəyişiklikləri qəbul etməyiniz çox vacibdir. Çünki iyunda bütün lazımsız neqativ fikirlərdən təmizlənəcəyiniz bir ay yaşayacaqsınız. İyunun sonlarına doğru iş həyatında nüfuzlu şəxslərdən dəstək alacaqsınız və yeni iş razılaşması gündəmə gələcək. Ev almaq və ya satmaq planlarınız varsa, bu ayda bu əməliyyatları həyata keçirə bilərsiniz. 

Tərəzi 

Bu ay uzun məsafəli səyahətlərə çıxa, öz nişan və ya toy mərasiminizi keçirə və ya sevdiyiniz insanlar üçün bu hadisələri yaşaya və onları dəstəklədiyinizi görə bilərsiniz. Xüsusilə, iyun ayının əvvəlindən etibarən bu vəziyyətlər həyatınızda çox yer tuta bilər. Xaricə gedə bilərsiniz, partnyorunuzla bağlı müsbət irəliləyişlər ola, uşaq sahibi olanlar isə akademik karyera həyatlarında müsbət irəliləyişlər yaşaya bilər. Yaşı böyük olanlar nəvə sahibi olacaqlar. Subay Tərəzilər üçün evlilik təklifləri görünür. İyunun sonlarına doğru, ailə birliyiniz üçün gündəlik həyatınızı daha çox nizamlamağınız lazımdır. İş həyatında müsbət dəyişikliklər ola bilər. Körpə sahibi olmaq istəyənlərə bu dövrdən xüsusi istifadə etmələri tövsiyə olunur. 

Dolça 

Bu ay bir az da olsa, istirahət edə bilərsiniz. Sahib olduğunuz istedadları üzə çıxarmağın vaxtıdır. Deyəsən, ilahi sistem bu mövzuda sizə dəstək hazırlayır. Özünüzü həmişəkindən daha güclü hiss edə bilərsiniz. Yaşadığınız mənfi təcrübələrdən əldə etdiyiniz nəticələri ortaya qoyacağınız bir ay olacaq. Bu ay daxil olduğunuz sosial mühitlərdə diqqətli olmanızda faydalı var. Əgər subay Dolçasınızsa, həyatınıza sizin üçün tamamilə yeni bir pəncərə açacaq birisi daxil ola bilər. Gözlədiyiniz məhkəmə işlərini yekunlaşdıra bilərsiniz. Rəylər söhbət mühitlərində həmişəkindən daha çox qəbul edilə bilər. Uşaqlı Dolçasınızsa, uşaqlarınızla bağlı müsbət gündəmlər yaşaya bilərsiniz. Siz onlarla səyahət edə bilərsiniz və ya onlar sizə yeni bir perspektiv verə bilərlər. İyunun sonuna doğru iş həyatındakı nüfuzlu şəxslərdən, həyat yoldaşınızdan və ya atanızdan övladlarınızla bağlı məsələlərdə müsbət dəstək ala bilərsiniz./Yenisabah.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR