İnsanlara hürriyət, millətlərə istiqlal!

İyulun 1-dən müavinət və təqaüdlər artır

Milli Məclisdə çox mühüm qanun layihələri müzakirəyə çıxarıldı

İyunun 24-də Milli Məclisin növbədənkənar sessiyası keçirildi. Spiker Sahibə Qafarova 26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının ildönümü barədə danışdı.

 S.Qafarova Silahlı Qüvvələr Günü münasibətilə müzəffər Ali Baş Komandanı, Silahlı Qüvvələrin qəhrəman əsgər və zabitlərini, bütün hərbi qulluqçularımızı təbrik etdi, Azərbaycanın milli maraqlarının və hərbi təhlükəsizliyinin qorunması naminə şərəfli missiyalarını həyata keçirməkdə  onlara yeni uğurlar arzuladı.

Deputatlar parlament sədrinin təbrikinə alqışları ilə dəstək ifadə etdilər.

Azərbaycanda bütün vətəndaşlara görə bu müavinət təyin edilə bilər |  Baku.ws Xəbər saytı - Son xəbərlər və Hadisələr

“Bir həftə sonra Azərbaycanda sosial müavinətlər və təqaüdlər artırılacaq”. Bunu deputat Vüqar Bayramov dedi. Bildirdi ki, Prezidentin imzaladığı fərmana əsasən, iyulun 1-də ölkəmizdə sosial paketin növbəti elementi olaraq müavinət və təqaüdlərdə artımlar reallaşacaq: “Sonuncu artımlar 1.1 milyon vətəndaşlarımızı əhatə edəcək və bu, Azərbaycanda sosial təminat sisteminin daha da gücləndirilməsi ilə bağlı həyata keçirilən işlərin tərkib hissəsidir. Ölkənin ən dəyərli sərvəti onun vətəndaşlarıdır deyən cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən siyasətin ana xətti də məhz vətəndaşlarımızın rifah halının daha da yüksəldilməsidir. Prezidentin tapşırıqlarına uyğun olaraq bu ilin yanvar ayından 5-ci sosial paketin icrasına start verilib. Prezident tərəfindən imzalanan sənədlər ölkəmizdə əhalinin sosial təminatının daha da gücləndirilməsinin prioritetliyini və dövlət başçısının siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipinin dayandığını bir daha təsdiq edir. 3 milyon vətəndaşımızı əhatə edən yeni sosial paket 1 milyon 100 min vətəndaşımızın pensiyalarında, minimum əməkhaqqı məbləğinin yüksəldilməsi nəticəsində 700 mindən çox vətəndaşımızın maaşlarında və eləcə də sosial müavinət və təqaüdlərdə artımları reallaşıb”.

Deputat qeyd etdi ki,  yeni artımlarla birgə artıq 2018-ci ilin əvvəlindən minimum aylıq əməkhaqqında 3,1 dəfə, minimum pensiyada 3 dəfəyədək artıma nail olunub: “2018-2024-cü illərdə müavinət və təqaüd ödənişlərində 5 dəfə artım baş verib və dinamika bu il də davam edəcək”. V.Bayramov əlavə etdi ki, 2025-ci ilki artımlar üçün illik əlavə olaraq 1,4 milyard manat ayrılacaq: “Bu isə o deməkdir ki, yalnız 2020-ci ildən sonra Azərbaycan Prezidentinin göstərişi ilə reallaşan paketlərə 8.5 milyard manat əlavə vəsait ayrılır”.

Deputat Ceyhun Məmmədov ordu quruculuğunun tarixindən bəhs etdi. Bildirdi ki, 1918-ci il 26 iyun tarixində AXC hökumətinin qərarına əsasən, ölkədə ilk nizami hərbi hissənin - Əlahiddə Azərbaycan Korpusunun yaradılması ilə ordu quruculuğunun təkmilləşdirilməsi istiqamətində ilk önəmli addım atıldı: “Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra 50 ilə yaxın müddət ərzində ölkədə ordu quruculuğu prosesi dayandı. Yalnız Ümummilli lider Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra hərbi sahədə dirçəlmə başladı. Ulu öndərin rəhbərliyi ilə Azərbaycanın qəhrəman sərkərdəsi Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi lisey yaradıldı. Bu məktəbin fəaliyyətə başlaması ölkədə hərbi kadrların hazırlanması prosesini başlatdı, gənclər arasında hərb sahəsinə maraq daha da gücləndi, Azərbaycanda peşəkar zabitlərin hazırlanmasına imkan verdi.

C.Məmmədov qeyd etdi ki, bu gün müasir Azərbaycan ordu quruculuğunun bütün sahələrində inkişaf edib: “Hava hücumundan müdafiə qüvvələrinə görə Azərbaycan regionda aparıcı ölkələrdən biridir. II Qarabağ müharibəsində qazanılan qələbədən sonra artıq Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə ordumuzda yeni təyinatlı Komando hərbi hissəsi yaradılıb, yeni hərbi texnika və avadanlıqların alınması üçün xarici dövlətlərlə əməkdaşlıqlar edilib, Türkiyə ilə eyni standartlarda hərbi təhsilin tətbiq edilməsi üçün Milli Müdafiə Universiteti yaradılıb. Qarşıda isə bir sıra yeni layihələr durur”.

Deputat qeyd etdi ki, bütün bunlar Azərbaycanda ordu quruculuğunun uğurla həyata keçirildiyi, Azərbaycan Ordusunun günü-gündən daha da gücləndiyini göstərir.

Milli Məclisin plenar iclasında “Məktəbəqədər təhsil haqqında” Qanuna dəyişikliklərin edilməsi barədə qanun layihəsi ilk oxunuşda müzakirəyə çıxarıldı. Layihə barədə Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov çıxış edərək dəyişikliklərin mütərəqqi tərəflərindən danışdı. Bildirildi ki, layihəyə əsasən, məktəbəqədər yaşında olan uşaqların təhsili ilə məşğul olan müəssisələrin siyahısı genişləndirilir. Belə ki, qanun layihəsində məktəbəhazırlıq qruplarının fəaliyyət göstərdiyi məktəbdənkənar təhsil müəssisələrinin də məktəbəqədər yaşlı uşaqların təhsili ilə məşğul olan müəssisələrin siyahısına əlavə edilməsi təklif olunur. Həmçinin təklif edilən dəyişikliklə məktəbəhazırlıq məktəbəqədər təhsil müəssisələri, ümumi təhsil müəssisələri ilə yanaşı, məktəbəhazırlıq qruplarının fəaliyyət göstərdiyi məktəbdənkənar təhsil müəssisələrində də həyata keçiriləcək. Eyni zamanda “Təhsil haqqında” Qanunda təklif edilən dəyişikliyə əsasən, məktəbəqədər təhsil uşağın valideynlərinin və ya digər qanuni nümayəndələrinin arzusu ilə məktəbəqədər təhsil müəssisələri, ümumtəhsil müəssisələrinin müvafiq strukturları ilə yanaşı, məktəbdənkənar təhsil müəssisələrində də həyata keçirilə biləcək. Qanun layihəsində o da bildirilib ki, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planına əsasən, məktəbəqədər təhsil sahəsində alternativ təhsil və maliyyələşmə modelləri (icma əsaslı məktəbəqədər təhsil, valideyn-dövlət-özəl əməkdaşlığı və sair) əsasında əhatəliliyin artırılması nəzərdə tutulub.

Bu müavinətlər artırıldı - YENİ MƏBLƏĞLƏR - FED.az

Komitə sədri Siyavuş Novruzov çıxışında bildirdi ki, hər binanın aşağısında məktəbəqədər hazırlıq mərkəzləri olmalıdır: “Elə olur ki, valideynlərin hər biri işləyir. Binanın aşağısında mağaza, gözəllik salonu açmaq əvəzinə, yaşadığı binanın aşağısında daha əlçatan olan məktəbəqədər hazırlıq mərkəzləri yaradılmalıdır ki, valideynlər də rahat olsun. Bir də avtobusa pul verib övladın başqa yerə aparmasın”. S.Novruzovun sözlərinə görə, özəl məktəbəqədər hazırlıq mərkəzləri var ki, aylıq 7000 manat pul tələb edir: “Mən elə bir mərkəz tanımıram ki, orada 7 minlik təhsil verilsin, eyni zamanda Azərbaycanda kimin o qədər pulu var ki, övladını aylıq 7000 manatlıq məktəbəqədər hazırlıq kurslarına aparsın. Hətta nəzərə alsaq ki, hər evdə bir yox, iki belə uşaq da ola bilər”.

Qanun layihəsi səsverməyə qoyularaq ilk oxunuşda qəbul edildi.

Milli Məclisin iclasında “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarıldı. Layihəyə əsasən, qeyri-hökumət təşkilatı tərəfindən xidmətlərin göstərilməsi və işlərin görülməsi qaydalarında dəyişiklik edilir. Mövcud qanunvericiliyə görə, qeyri-hökumət təşkilatı tərəfindən malların satışından, xidmətlər göstərilməsindən, işlər görülməsindən daxilolmalar müqavilə əsasında həyata keçirilir. Xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilə qeydə alınması üçün qeyri-hökumət təşkilatı tərəfindən müvafiq icra hakimiyyəti orqanına təqdim olunur. Qanun layihəsinə əsasən, qeydiyyata alınmamış xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilə üzrə bank əməliyyatları və hər hansı digər əməliyyatların aparılması mümkün olmayacaq. Həmçinin müqavilə olmadan və ya qeydiyyata alınmamış xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilə üzrə xidmətlər göstərən və ya işlər görən, yaxud bununla əlaqədar maliyyə vəsaiti və (və ya) başqa maddi formada vəsait qəbul edən qeyri-hökumət təşkilatı İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyət daşıyacaq.

Qanun layihəsi səsverməyə qoyularaq qəbul edildi.

İclasa “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi və “Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda təsdiqləndi.

Növbəti iclas 4 iyulda keçiriləcək.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR