İnsanlara hürriyət, millətlərə istiqlal!

İYİ Partiyanın yeni başqanı Müsavat Dərvişoğlu kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Türkiyədə müxalifətdə olan İYİ Partiyanın yeni sədri məlum olub.

Musavat.com-un məlumatına görə, siyasi təşkilatın dünə keçirilən 5-ci qurultayında Türkiyə Böyük Millət Məclisində (TBMM) İzmiri təmsil edən deputat Müsavat Dervişoğlu sədr seçilib.

Müsavat Dervişoğlunun kimliyi sosial mediada da maraq doğurub. 

İYİ Partiyasının yeni sədri Müsavat Dervişoğlu haqqında dosyeni təqdim edirik:

Müsavat Dərvişoğlu 1960-cı ildə Ankarada anadan olub. O ibtidai və orta məktəbi Fatsada, liseyi isə Samsunda bitirib. 1980-ci il 12 sentyabr hərbi çevrilişindən sonra təhsilinə fasilə verməli olub. Daha sonra o, tələbə amnistiyasından istifadə edərək Qazi Universitetinin İqtisadiyyat və İdarəetmə Fakültəsinin Biznesin idarə edilməsi bölməsində təhsilini başa vurub. Eyni dövrdə o, idealist tələbə hərəkatlarında iştirak edib. 

Attachment

O, 1978-ci ildə Fatsa İdealist Gənclər Dərnəyinin sədri, 1987-1989-cu illərdə isə "İdealist Ocaqları"nın sədri vəzifələrində çalışıb. 1989-cu ildə "Gənclik Mədəniyyət və İncəsənət Mərkəzləri Dərnəyi"nin sədri vəzifəsindən uzaqlaşdırılıb. Daha sonra o zamankı Milliyyətçi Çalışma Partiyasının (MÇP) sədri Alparslan Türkeş tərəfindən MÇP Baş Qərargahına təyin edilib. Sonra yenə Türkeşin göstərişi ilə MHP İzmir təşkilatına təyinat alıb.

1991-ci ildən İzmirdə ticarətlə məşğul olub, bir çox şirkətlərdə baş menecer vəzifəsində çalışıb.

Müsavat Dervişoğlu kim, kaç yaşında, nereli? İYİ Parti yeni Genel Başkanı Müsavat  Dervişoğlu hayatı, kariyeri

Müsavat Dervişoğlu 2000-2011-ci illərdə MHP İzmir İl sədri vəzifəsində çalışıb. 2009-cu il Yerli Seçkilərdə MHP-dən İzmir bələdiyyə başqanlığına namizəd olub. 2011-ci ildə keçirilən ümumi seçkilərdə deputatlığa namizəd olub. O, 2012-ci ildə MHP başqanlığına namizəd olsa da, qalib gəlməyib.

2017-ci ildə keçirilən referendumdan sonra MHP-dən istefa verib, daha sonra İYİ Partiyasına keçib. 2018-2019-cu illərdə İYİ Partiyası sədrinin yerli idarələrdən məsul müavini olub.

İYİ Parti'nin yeni Genel Başkanı Müsavat Dervişoğlu kimdir? İşte, Müsavat  Dervişoğlu'nun hayatı ve kariyeri: - Son Mühür - Son Dakika Haber, Güncel  Gazete Haberleri

O, 27-ci İzmir millət vəkili də seçilib. İYİ Partiyası Qrup sədrinin müavini və Türkiyə Böyük Millət Məclisinin Milli Müdafiə Komissiyasının üzvü vəzifələrində də çalışıb. İYİ Partiyasının Qrup sədrinin müavini kimi də fəaliyyət göstərib.

Müsavat Dərvişoğlu evlidir və bir uşaq atasıdır.

Onu da qeyd edək ki, Müsavat Dervişoğlunun qardaşı Muhammed Dervişoğlu uzun illər Türkiyə Kəşfiyyat İdarəsinin - MİT-in rəhbərliyində olub. O, Hakan Fidanın müavini kimi uğurlu fəaliyyət göstərib. Türkiyənin hakim komandasındakı son dəyişiklik zamanı isə Muhammed Dərvişoğlu Daxili İşlər Nazirliyinin ictimai asayiş və təhlükəsizlik məsələləri üzrə müşaviri təyin edilib.

Musavat.com

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR