İnsanlara hürriyət, millətlərə istiqlal!

İvanişvili: “Qaribaşvili Rusiya ilə müharibə istəmirdi, Qaxariya isə istəyirdi”

Ötən bazar günü Gürcstanın paytaxtı Tiflis şəhərinin mərkəzində keçiriən izdihamlı mitinq ölkə hakimiyyətini həyəcanlanırıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, hakim “Gürcü arzusu” partiyasının lideri və iqtidar komandasının faktiki lideri Bidzina İvanişvili müxalifətin de-marşını önləmək üçün açıqlamalar verməyə tələsib.

Bildirilir ki, o, Avropa Birliyinin yüksək rütbəli məmurlarından birinin rəsmi Tiflisi Rusiyaya hücuma necə razı salması barədə danışmağa qərar verib.

“Keçmiş baş nazir İrakli Qaribaşvilinin mənə dediklərini xatırlayıram. Onunla Qərb ölkələrindən birinin yüksək rütbəli məmuru danışıb. İrakli soruşib: “Rusiya ilə neçə gün döyüşə biləcəyimizi təsəvvür edirsiniz? Neçə gün tab gətirə biləcəyik?” Ona cavab verib: üç-dörd gün. O deyib: “Bəs bu üç-dörd günə görə bizi məhv edirsiniz?” Ona cavab veriblər: “3-4 milyon nəfərsiniz, üç-dörd gündə hamını öldürməyəcəklər. Sonra meşədə partizan hərəkatına başlaya bilərsiniz. Biz sizə kömək edəcəyik, siz isə oradan döyüşəcəksiniz”, - İvanişvili “İmedi” telekanalına müsahibəsində bildirib.

Bu sözlərlə 08.08.08 tarixli Rusiya-Gürcüstan müharibəsinin acı təəssüratlarını hələ də unutmayan gürcü xalqını qorxutmağa çalışan B.İvanişvili deyib ki, əgər İrakli Qaribaşvili müharibəni qızışdırmaqdan imtina edibsə, onun sələfi Giorgi Qaxariya bunu istəyib. “O bilirdi ki, “Gürcü arzusu” döyüşməyəcək və birtəhər “Gürcü arzusu”nun qarşısını almaq istəyirdi... Bu alçaq (Qaxariya) və onun yanında duranlar, əlbəttə, onları mühakimə etmək lazım gələcək” – deyə Gürcüstanın boz kardinalı müxalifət liderlərini hədələyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR