İnsanlara hürriyət, millətlərə istiqlal!

İtkin düşən milyarderin və qızının meyitləri tapıldı

Avqustun 19-da İtaliyanın Siciliya sahillərində “Bayesian” adlı yaxtanın batması nəticəsində itkin düşən britaniyalı milyarder Maykl Linç və onun 18 yaşlı qızı Hannahın meyitləri tapılıb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, onların meyitləri batmış yaxtanın içərisində tapılıb. Məlumata görə, daha iki nəfərin meyiti sudan çıxarılıb. Batmış daha bir cəsədin çıxarılması üzərində iş gedir.

Xatırladaq ki, içərisində 22 nəfərin olduğu “Bayesian” adlı yelkənli gəmi İtaliyanın Siciliya sahillərində batıb. 5 nəfərin xilas edildiyi, 6 nəfərin itkin düşdüyü və 1 nəfərin cəsədinin tapıldığı bildirilib.

Xilas edilənlər arasında Maykl Linçin həyat yoldaşı Ancela Bakares və oğlu da olub.

Milyarder dostları ilə birlikdə yaxtada parti verirmiş.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Sentyabr 2024

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR