İnsanlara hürriyət, millətlərə istiqlal!

İtaliya humanitar gəmidəki daha 357 miqrantı qəbul edib

İtaliya Aralıq dənizində Sərhədsiz Həkimlər Təşkilatına məxsus “Geo Barents” gəmisindəki 572 miqrantdan 357-sini qəbul edib.

AZƏRTAC xəbər verir ki, əksəriyyəti qadınlar və uşaqlar olan miqrantlar İtaliya Sahil Mühafizə Komandanlığının patrul gəmisinin müşayiəti ilə Kataniya limanına gətirilib.

İtaliya ötən gün isə “SOS Humanity” qeyri-hökumət təşkilatına (QHT) məxsus “Humanity 1” gəmisindəki 179 miqrantdan 144-nü qəbul etmişdi.

Hazırda İtaliya sahillərində üç humanitar gəminin xilas etdiyi 540-dək miqrant təhlükəsiz liman gözləyir. Bunlar göyərtəsində 90 nəfərin olduğu “Rise Above”, göyərtəsində 234 miqrant olan “Ocean Viking”, 215 miqrantın olduğu Sərhədsiz Həkimlər Təşkilatına məxsus “Geo Barents” gəmisidir.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR