İnsanlara hürriyət, millətlərə istiqlal!

İtaliya Çindən İranı durdurmağı xahiş etdi

İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tajani bildirib ki, Çinin ticarət naziri Vanq Ventao ilə birgə tədbirlər zamanı husilərə təsir etmək və regionda gərginliyin qarşısını almaq üçün Çin hakimiyyətindən İrana qarşı konkret addımlar atmağı xahiş edib.

Musavat.com xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb. Nazir bildirib: "Mən Çin tərəfinin regionda gərginliyin qarşısını almaq üçün tam anlayışlı və hərəkətə keçməyə hazır olduğunu gördüm. Biz İranın İsrailə birbaşa hücumunun qarşısını almaq üçün diplomatik addım atmaqda israrlıyıq, çünki bu, onsuz da gərginliyin yüksək olduğu regionda eskalasiyaya səbəb olacaq".

İtaliya və Çin Veronada iqtisadi əlaqələrin gücləndirilməsinə yönəlmiş ilk böyük birgə tədbir keçiriblər.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR