Onlayn ictimai-siyasi qəzet
“Üçüncü” ölkənin köməyi ilə qeyri-qanuni miqrasiyanın öhdəsindən gəlmək cəhdi uğursuzluqla başa çatır.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Roma məhkəməsi İtaliyanın baş naziri Corci Meloninin qərarı ilə Banqladeş və Misirdən Albaniyaya köçürülmüş 12 qaçqının İtaliyaya qaytarılmasına qərar verib.
Bildirilir ki, bazar günü göndərilənlərin hamısı Apenninə gəlib. Bu durum Böyük Britaniya və Fransada izlənilir. Bu ölkələrin sağçı hökumətləri uzun müddətdir Afrikaya qeyri-qanuni mühacirləri göndərməklə miqrasiya problemini həll etmək istəyirlər.
İtaliyanın sahil mühafizəsinin gəmisi bazar günü 12 Misir və Banqladeş vətəndaşını Albaniyadan İtaliyaya aparıb. Oktyabrın 14-də başlayan hekayə beləcə başa çatıb. Bundan sonra Meloni hökuməti Albaniyanın Aİ-yə namizəd kimi qeyri-qanuni miqrasiya ilə mübarizədə üzərinə götürdüyü öhdəliklərdən istifadə etmək qərarına gəlib. Bu öhdəliklərin tərkib hissəsi kimi Albaniya-İtaliya müqaviləsi bağlanıb. Bu müqaviləyə əsasən İtaliya Albaniya ərazisində xüsusi saxlama düşərgələri tikib. Aralıq dənizi vasitəsilə İtaliya ərazisinə gələn və sığınacaq istəyən qeyri-qanuni miqrantları orada saxlanmalı idilər. Miqrantların müraciətinə İtaliyanın müvafiq xidmətləri tərəfindən baxılana qədər onlar bu mərkəzlərdə qalmaldırlar. Tələb təmin olunmazsa (və bu, demək olar ki, həmişə olur), Albaniyada olan qaçqınlar ya öz vətənlərinə geri göndərilir, ya da yerli məhkəmələrin qərarıyla Albaniyada məskunlaşırlar.
Keçən həftənin əvvəlində İtaliyanın hərbi dəniz qüvvələrinin gəmisi ilə Albaniyaya gəən banqladeşli və misirli miqrantlar balıqçı qayığı ilə Liviyadan İtaliyaya getməyə çalışıblar. Onları Albaniyanın şimalında, Gyadri şəhərinin mərkəzində yerləşdiriləcəkdilər. Ancaq albanlar onları qəbul etməkdən imtina ediblər. İtalyanlar məcburən miqrantları özlərinə götürməli oldular. Onların vətənlərinə göndərilmək şansı azdır. Nəzərə alınıb ki, Banqladeşdə insan hüquqlarını pozan diktator rejim var, bu yaxınlarda dövlət çevrilişi baş verib və ölkə zorakılığa qərq olub.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ