Onlayn ictimai-siyasi qəzet
“Son vaxtlar İlham Əliyevin və Nikol Paşinyanın bəyanatlarının məzmununda heç bir fərq yoxdur. Hər ikisi Qarabağda yaranmış situasiyaya haqq qazandırır”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər Ermənistan parlamentində eyni adlı fraksiyanın deputatı İşxan Saqatelyan bildirib.
Onun sözlərinə görə, Paşinyanın sonuncu mətbuat konfransı tamamən buna həsr olunub.
İşxan Saqatelyan Nikol Paşinyanın hələ də hakimiyyətdə qalmasına görə erməniləri günahkar çıxarıb: “Bəli, müxalifət günahkardır, xalq günahkardır. Müharibədən sonra müxalifət onu uzaqlaşdırmaq üçün 3 dəfə cəhd etsə də, heç bir nəticəsi olmayıb. İndi aktiv müzakirələr, görüşlər gedir”.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ