İnsanlara hürriyət, millətlərə istiqlal!

İsveçli professor NATO məsələsinə görə türkiyəli tələbəni CƏZALANDIRDI

İsveçdə bir professor Türkiyənin İsveçin NATO-ya daxil olmasını əngəllədiyini əsas gətirərək bir türk tələbənin təcrübə ərizəsini rədd edib.

Musavat.com xəbər verir ki, isveçli professorun göndərdiyi mesajı yayımlayan TRT World türk tələbələrə qarşı ayrı-seçkiliyi gündəmə gətirərək qalmaqala reaksiya verib.

Sözügedən qalmaqallı hadisə İsveçin Stokholm Universitetində baş verib. Türkiyədə psixologiya üzrə təhsil alan Fatma Zehra S. 2023-cü ilin yayında Avropa Birliyinin Erasmus qrant proqramı tərəfindən seçilən məktəbdə təcrübə keçmək hüququ qazanıb.

İsveçə getmək istəyən tələbə Stokholm Universitetində təcrübə keçmək üçün müraciət edib. Universitetdə çalışan professor Per Karlbrinq psixologiya tələbəsi Fatma Zehra S.-nin təcrübə müraciətinə belə cavab verib: "Hörmətli Fatma, sizi qonaq etmək istərdim. Ancaq Türkiyə İsveçin NATO-ya üzv olmasına mane olduğu üçün müraciətinizi rədd etməliyəm. Bağışlayın".

Musavat.com



İsveçli profesör, İsveç'in NATO üyeliği nedeniyle Türk öğrenciyi cezalandırdı

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR