İnsanlara hürriyət, millətlərə istiqlal!

İsveçin baş naziri PKK/YPG-nin Türkiyəyə qarşı törədiyi təxribatı pisləyib

İsveç baş naziri Ulf Kristersson PKK/YPG tərəfindən Stokholmda bələdiyyə binası qarşısında Türkiyəyə qarşı törədilən təxribatı pisləyib.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə yerli media məlumat yayıb.

"Bu hadisə İsveç və Finlandiyanın NATO üzvlüyünə qarşı bir təxribatdır", - deyə nazir qeyd edib.

Baş nazir baş verənlərin qəbul edilməz olduğunu da vurğulayıb.

Qeyd edək ki, İsveçin paytaxtı Stokholmda PKK/YPG tərəfdarlarının təşkil etdiyi təxribat xarakterli mitinq zamanı Türkiyə Prezidentinə bənzədilmiş maket dirəkdən asılıb.

Bu hadisədən sonra Türkiyə tərəfindən sərt açıqlamalar verilib. Son olaraq, İsveç parlamentinin sədri Andreas Norlenin Türkiyəyə səfəri Böyük Millət Məclisinin sədri Mustafa Şentop tərəfindən ləğv edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR