Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, İsveçin Örebro şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı 10-a yüksəlib.
Bu barədə SVT telekanalı polisə istinadən məlumat yayıb.
Hadisə yerində həlak olanların cəsədləri aşkarlanıb, lakin polis hələlik onların şəxsiyyətini dəqiqləşdirir. Örebro dairəsinin polis rəisi Roberto Eid Forest mətbuata açıqlamasında ölən və yaralıların dəqiq sayını müəyyən etməyin çətin olduğunu bildirib.
Polis rəisi deyib:
“Hazırda daha dəqiq məlumat verə bilməməyimizin səbəbi odur ki, hadisə yerində çox böyük dağıntılar var.”
Polis hadisə ilə bağlı təhqiqat aparır və ölkə daxilində təhlükəsizlik tədbirlərini gücləndirib. İsveçdə məktəb hücumları nadir hallarda baş verdiyindən, bu hadisə ölkədə böyük narahatlığa səbəb olub.
Musavat.com
05 Fevral 2025
04 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ