İnsanlara hürriyət, millətlərə istiqlal!

İsveç müdafiə naziri: Ukraynanın NATO-ya üzvlüyü hələ də mümkündür

İsveçin müdafiə naziri Pol Yonson Ukraynanın gələcəkdə NATO-ya üzv olma ehtimalının hələ də mövcud olduğunu bildirib. O, ölkəsinin bu məsələyə baxışını açıqlayaraq vurğulayıb ki, rəsmi Kiyev alyansa üzvlük üçün tələb olunan bütün şərtləri yerinə yetirərsə, bu istiqamətdə irəliləyiş mümkün ola bilər.

Musavat.com xəbər verir ki, Yonsonun sözlərinə görə, Ukraynanın NATO-ya qoşulması hazırda bir sıra siyasi və təhlükəsizlik məsələləri ilə bağlı çətinliklərə baxmayaraq, gündəmdə qalır. “Mən düşünmürəm ki, Ukraynanın NATO-ya üzvlüyü tamamilə gündəmdən çıxarılıb”, – deyə nazir qeyd edib.

O həmçinin vurğulayıb ki, İsveç və digər NATO ölkələri Ukraynaya dəstək verməyə davam edəcək. Xüsusilə, müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi və Ukraynanın təhlükəsizlik sisteminin alyans standartlarına uyğunlaşdırılması istiqamətində işlər davam etdiriləcək.

Xatırladaq ki, Ukrayna 2022-ci ildə rəsmi şəkildə NATO-ya üzvlük üçün müraciət edib və alyans rəhbərliyi bu məsələyə açıq yanaşdığını bildirib. Bununla belə, ölkənin üzvlüyü üçün müəyyən siyasi və hərbi şərtlərin yerinə yetirilməsinin vacibliyi vurğulanır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR