İnsanlara hürriyət, millətlərə istiqlal!

İstilik və isti su xidmətlərinə görə ödənməmiş borcun məbləği açıqlandı

"2022-ci ilin 10 ayı üzrə istilik haqlarının ödəniş səviyyəsi 91,3 faiz təşkil edib".

Musavat.com-un məlumatına görə, əhali istehlakçı qrupu üzrə ödəniş səviyyəsi 90,8 % təşkil edib.

"Azəristiliktəchizat" ASC-nin sədri vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev brifinq zamanı qeyd edib ki, təəssüf ki, bəzi yaşayış binalarında və keçmiş məcburi köçkünlər üçün tikilib istifadəyə verilmiş çoxmənzilli yaşayış komplekslərində ödəniş səviyyəsi ürəkaçan səviyyədə olmayıb: "Ən çox şikayət olan ünvanları diqqətinizə çatdırmaq istərdim:

Nəsimi rayonu, Topçubaşov küçəsi 23a – 20,7 %,

Xətai rayonu Telnov (Lütfizadə) 7 – 19,0%,

Sabunçu rayonu 4094-cü bina 6 – 5,4 %

Suraxanı rayonu, Hafis Quliyev küçəsi 22 – 10,1%,

Yasamal rayonu, Parlament pr.1 – 11,6%

Yasamal rayonu, Z. Xəlil 17 – 17,8%.

Bu ilin noyabr 1-ə kimi qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları şəhərciklərdə istifadə edilən istilik və isti su xidmətlərinə görə 6489,4 min manat ödənilməmiş borc məbləği mövcuddur".

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR