İnsanlara hürriyət, millətlərə istiqlal!

İstilik enerjisi sayğacları quraşdırılacaq

Qeyri-əhali istehlakçı qrupu üçün istilik sayğacı quraşdırılacaq.

Musavat.com xəbər verir ki, "Azəristiliktəchizat" ASC sədrinin maliyyə məsələləri üzrə müşaviri İlkin Zərbəliyev qeyd edib ki, "Azəristiliktəchizat" ASC-nin sayğaclaşdırma layihəsi pilot layihə olaraq məhdud sayda nəzərdə tutulub:

"Qeyri-əhali istehlakçıları üçün 50-ə yaxın sayğacın quraşdırılması planlaşdırılır. Pilot layihənin əsas məqsədi "Azəristiliktəchizat"ın fəaliyyətinin səmərəliliyini artırmaq, istilik xidmətinin keyfiyyətini artırmaq, xidmətin göstərilməsi üçün tələb olunan resursları daha effektiv planlaşdırmaqdır. Bundan başqa, isti su təchizatı sistemində bütün istehlakçıların sayğaclaşdırılması məqsədi ilə yeganə yerli sayğac istehsalçısı olan “Gəncə Cihazqayırma zavodu” ASC ilə qanunvericiliyə uyğun olaraq müqavilə imzalanıb və 3500-ə yaxın isti su sayğacının alınaraq quraşdırılması işləri başlanıb".

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR