İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrailli nazir: "HƏMAS-ın tamamilə məhvinə yönəlik addımları tələb edirik"

"HƏMAS-ın nizamnaməsi açıq şəkildə İsrail dövlətinin məhvini və ləğvini tələb edir".

"Report"un ABŞ bürosu xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Eli Koen Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında keçirilən yüksək səviyyəli İsrail-Fələstin sessiyasında çıxışı zamanı deyib.

HƏMAS-ın İsrailə qarşı hücumlarında 220-dən çox israillinin girov götürüldüyünü qeyd edən nazir Beynəlxalq Qızıl Xaç Komitəsi əsirlərin azad olunmasına müdaxilə etməsini istəyib: "Biz Beynəlxalq Qızıl Xaç Komitəsindən bütün girovların qeyd-şərtsiz azad edilməsi üçün çağırış edirik. Körpələr, yaşlılar öz evlərindən, ailələrindən vəhşicəsinə əsir alınıb və onların hazırki taleyi məlum deyil. Qətərin HƏMAS liderlərini maliyyələşdirib sığınacaq verdiyini hamımız yaxşı bilirik. BMT-yə üzv bütün ölkələrə səslənirəm ki, Qətər bu girovların azad edilməsini təmin edə bilər və bunun üçün bütün ölkələr çağırış etməlidir".

Nazir bildirib ki, oktyabrın 7-də səhər saatlarında İsrailə qarşı törədilən hücumlarda iştirak edən 1 500-dən çox HƏMAS və “İslami cihad” qruplaşmasının üzvü İsrailə sızıb. İsrailin Qəzzaya hücumları ilə bağlı mülki vətəndaşların müdafiəsi ilə bağlı beynəlxalq çağırışlara toxunan nazir, beynəlxalq təşkilatdan HƏMAS-ın tamamilə məhvinə yönəlik addımların atılmasını tələb edib.

E.Koen həmçinin ABŞ, bu ölkənin Prezidenti Cozef Bayden və dövlət katibi Antoni Blinkenə İsrailin yanında olduqlarına görə təşəkkür edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR