İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrailin müdafiə naziri: “HƏMAS-ın planlarını 180 dərəcə dəyişdik”

“HƏMAS-ın planlarını 180 dərəcə dəyişdik”.

“Report” xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yaov Qallant “X” hesabında yazıb.

O bildirib ki, HƏMAS bütün yaşayış məntəqələrini məhv etmək istəyirdi: “Amma biz Qəzza zolağında yüzlərlə terror bazasını məhv etdik. Düşməni sıxışdırmaq və HƏMAS terrorçularının gətirdiyi çoxlu silahları məhv etməkdə qətiyyətliyik”.

Qeyd edək ki, oktyabrın 7-də Yaxın Şərqdə İsraillə HƏMAS arasında müharibə başlayıb. İsrail Baş naziri Benyamin Netanyahu daha əvvəl müharibənin uzun çəkəcəyini və ölkəsinin qalib gələcəyi bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR