İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrailin HƏMAS-la yeni əsir müqaviləsinin detalları açıqlandı

İsrail hökuməti Qəzza zolağında Fələstinin HƏMAS radikal hərəkatının saxladığı israilli girovları azad etmək üçün yeni saziş hazırlayıb.

BAKU.WS bu barədə "Politico" nəşrinə istinadən xəbər verir.

Mənbənin məlumatına görə, müqavilədə 40 girovun, ilk növbədə qadın və uşaqların, habelə tibbi yardıma ehtiyacı olanların azad edilməsi müqabilində anklavda bir həftəyə qədər müvəqqəti atəşkəs nəzərdə tutulur.

Bundan əlavə, Qəzzaya əlavə humanitar yardım axını artırılmalıdır.

Qeyd olunur ki, belə bir təklif ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Bill Börns, İsrailin Mossad kəşfiyyat xidmətinin rəhbəri David Barnea və Qətərin baş naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl Tani arasında Varşavada son danışıqlardan sonra elan edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR