İnsanlara hürriyət, millətlərə istiqlal!

İsraildə terror törətmək istəyən iki İran tərəfdarı saxlanılıb


İsrailin Şin Bet daxili təhlükəsizlik agentliyi məlumat yayıb ki, son aylarda İordan çayının qərb sahilinin iki sakini Yosef Mansur və Marsil Mansur həbs olunub.

Musavat.com bu barədə xarici mediaya istinadən xəbər verir.

Məlumata görə araşdırmalar nəticəsində müəyyən edilib ki, onlar İsrailə silah keçirməyə cəhd edən Hizbullah terror təşkilatının üzvləridir.

Silahlar ölkədə müxtəlif cinayətkar və terrorçuların fəaliyyətinə yardım etmək üçün nəzərdə tutulub. Şin Bet bildirib ki, bu,  İran və onun tərəfdarlarının İsrailə sızması və terror aktları həyata keçirmələri üçün ciddi cəhdidir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR