İnsanlara hürriyət, millətlərə istiqlal!

İsraildə kütləvi nümayiş keçirilib - VİDEO

İsrailin paytaxtında məhkəmə islahatlarına qarşı növbəti etiraz aksiyası keçirilib.

Təl-Əvivdəki nümayiş ənənəvi olaraq şəhərin şərqində, hökumət binalarının yerləşdiyi ərazinin yaxınlığında baş tutub.

Əllərində İsrailin bayraqlarını tutan nümayişçilər hökumətin məhkəmə islahatlarının əleyhinə şüarlar səsləndirib, yeni məhkəmə islahatlarının ləğvini tələb ediblər.

Qeyd edək ki, Baş nazir Binyamin Netanyahunun rəhbərlik etdiyi İsrailin hazırkı hökumətinin məhkəmə islahatları ölkədə etirazlara səbəb olub. İslahatlar Ali Məhkəmənin səlahiyyətlərinin məhdudlaşdırılmasını və hakimlərin seçiminə nəzarətin icra hakimiyyətinə verilməsini nəzərdə tutur.

Bu islahatlar Ali Məhkəmənin ordu üzərində nəzarətinin azaldılmasını da nəzərdə tutur.

Mənbə: TASS

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR