İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail yeni cəbhələr açır: Netanyahuya təcili məruzə etdilər  

İsrailin müdafiə naziri Yoav Qalant bildirib ki, girovlarla bağlı razılaşma əldə olunmasa, ölkə çoxcəbhəli müharibə təhlükəsi ilə üzləşə bilər.

Musavat.com
xəbər verir ki, bu barədə İsrailin 12-ci telekanalı məlumat yayıb.

Bildirilib ki, Qalant bu barədə hərbi kabinetin iclasında danışıb. Hərbi rəhbərliyin fikrincə, sövdələşmənin bağlanması təkcə girovların qaytarılmasına imkan verməyəcək, həm də şiə Hizbullah hərəkatı ilə qarşıdurma səbəbindən Livanla sərhəddə gərginliyi azalda bilər. Eyni zamanda deyilir ki, razılığın əldə edilməməsi vəziyyətin dərhal pisləşməsinə gətirib çıxaracaq və bir neçə cəbhədə müharibə təhlükəsi yaradacaq.

Telekanalın mənbələri qeyd edir ki, məsələ ilə bağlı baş nazir Benyamin Netanyahuya və yüksək rütbəli məmurların dar bir dairəsinə məruzə edilib. İsrailin “strateji yol ayrıcında” olduğu və seçim etməli olduğu bildirilib.

Fələstinin HƏMAS hərəkatının silahlılarının 2023-cü il oktyabrın 7-də Qəzza zolağından İsrail ərazisinə soxulması, sərhədyanı qəsəbələrin sakinlərinin öldürülməsi və 250 nəfərin girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. İsrail Qəzza zolağının tam mühasirəyə alındığını elan edib. Bundan sonra HƏMAS-ı məhv etmək və girovları azad etmək üçün quru əməliyyatına başlayıb. İsrail tərəfinin son məlumatına görə, Qəzzada hələ də 100-dən çox insan girov saxlanılır.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR