İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail üçüncü qrup fələstinli məhbusları azad edib

İsrail Fələstin Dövlətinin inzibati mərkəzi Ramallaha avtobusla göndərilən 39 fələstinli məhbusdan ibarət üçüncü qrupunu azad edib.

“Report”un “Al Jazeera” telekanalına istinadən verdiyi məlumata görə, keçmiş fələstinli məhbusların olduğu avtobuslar İsrailin Ofer həbsxanasından (Beytuniyada yerləşir) və Yerusəlimdəki “Əl-Maskobia” təcridxanasından Ramallaha gəlib. Onların arasında yalnız yeniyetmələr var.

Əsirlərin azad edilməsi münasibəti ilə minlərlə fələstinli Ramallahın mərkəzində bayram keçirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR