Onlayn ictimai-siyasi qəzet
İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir çıxışı zamanı Suriya prezidenti əs-Şaraanın “likvidasiya olunmalı” olduğunu bildirib.
KONKRET.az xəbər verir ki, nazir videomüraciətində “Suriyadan gələn dəhşətli görüntülər bir həqiqəti sübut edir: bir dəfə cihadçı olan, həmişə cihadçı qalır.
Qətllər törədən, təhqir edən, zorlayan şəxslərlə danışıqlar aparmaq mümkün deyil. Onları ancaq zərərsizləşdirmək olar”, – deyə bildirib.
Ben-Qvir əlavə edib ki, İsrail “ilanın başını əzməlidir”.
İsrailin Diaspora məsələləri üzrə naziri Amixay Çikli Suriya lideri Əhməd əş-Şəraa ilə bağlı qalmaqallı açıqlama verib. Nazir bu barədə “X” sosial şəbəkəsindəki paylaşımında yazıb: “Əgər kimsə Əhməd əş-Şəraanın legitim lider olduğunu düşünürsə, ciddi şəkildə yanılır – o, terrorçu, vəhşi qatildir və dərhal aradan götürülməlidir”.
İsrailli nazirin bu bəyanatı beynəlxalq ictimaiyyətdə kəskin reaksiya doğurub.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 12.35-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
17 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ