İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail Qəzzada xəstəxananı VURDU - GÖRÜNTÜLƏR (18+)

Ərəb mediası İsrailin Qəzza zolağının Deyr əl-Bəlah şəhərindəki xəstəxanaya endirdiyi zərbə nəticəsində 4 nəfərin öldüyünü və 70 nəfərin yaralandığını bildirib.

Musavat.com xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, xəstəxanada HƏMAS-ın komanda mərkəzi yerləşirdi.

İsrail mülki əhaliyə dəyən ziyanı minimuma endirmək üçün tədbirlər gördüyünü bildirib.

Al Mayadeen TV-nin məlumatına görə, İsrailin endirdiyi zərbələr yanğına səbəb olub. Nəticədə 30-dan çox fələstinlinin qaldığı çadır məhv olub. 

Qeyd edilib ki, çoxlu sayda yaralı var və onların vəziyyəti olduqca ağırdır. 

@@TVmusavat/98351@@

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR