İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail ordusu HƏMAS-ın Rəfahda maliyyədən məsul olan üzvünü məhv etdi

İsrail Müdafiə Qüvvələri Qəzza zolağının cənubundakı Rəfahdakı təşkilatın hərbi qanadının maliyyələşdirilməsindən məsul olan Fələstinin radikal HƏMAS hərəkatının üzvünü məhv edib.

Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, ordu ŞABAK-ın (Ümumi Təhlükəsizlik Xidməti - Qeyd) dəstəyi ilə terrorçu Naser Yaqub Cabberı zərərsizləşdirib.

HƏMAS-ın hərbi qanadındakı fəaliyyətinin bir hissəsi olaraq, o, təşkilatın Rəfahdakı hərbi fəaliyyətinin böyük hissəsinin maliyyələşdirilməsinə cavabdeh idi.

Keçən dekabrda o, hərbi fəaliyyətlər üçün HƏMAS-a yüz minlərlə dollar köçürüb.\\“Report” 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR