Onlayn ictimai-siyasi qəzet
İsrail ordusu Livanda ilk dəfə "Ninja" raketindən istifadə edib.
Musavat.com xəbər verir ki, bu barədə Livan mediası məlumat yayıb.
Qeyd olunub ki, İsrail ordusu ilk dəfə bu raketdən Beyrutun təxminən 10 kilometr şərqində yerləşən Kahale bölgəsinə edilən hücumda istifadə edib.
Məlumata görə, "Ninja" ictimaiyyət tərəfindən "AGM-114 R9X Hellfire" raketinə verilən addır.
Belə ki, partlayıcı döyüş başlığı ilə təchiz olunmayan raketin üzərinə quraşdırılmış iti bıçaqlar yaxınlaşan kimi açılır və ətrafdakılara zərər vermədən hədəfə ciddi ziyan vurur.
İqbal,
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ