İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail İranı BELƏ VURUB: Simulyasiya görüntüləri YAYILDI - VİDEO

İsrailin İrana hava hücumlarını simulyasiya edən kadrlar hazırlanıb.

Musavat.com xəbər verir ki, görüntülər telegram kanallarında paylaşılıb.

Həmin görüntüləri təqdim edirik:

Xatırladaq ki, 26 oktyabr 2024-cü il tarixində İsrailin Hava Qüvvələri İranda yerləşən hərbi obyektlərə zərbələr endirib. Bu, İranın 1 oktyabr tarixində etdiyi raket hücumuna cavab olaraq həyata keçirilib. "Tövbə Günləri" adı verilən əməliyyat hava hücumundan müdafiə sistemləri, pilotsuz uçuş aparatlarının istehsalı müəssisələri və raket istehsal obyektlərini əhatə edib.

İranın müdafiə naziri, general-mayor Əziz Nəsirzadə bildirib ki, bu zərbələr ölkədə raket istehsal prosesini pozmayıb.

Eyni zamanda, İsrailin müdafiə naziri Yoav Qalant hücumların İranın həm müdafiə, həm də hücum imkanlarını zəiflətdiyini qeyd edib.

İqbal RZAYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR