İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail İranda şah rejimini qaytarmaq istəyir? - "Rza Pəhləvinin səfəri simvolikdir" - RƏY

“Rza Pəhləvi İran adlı dövləti təmsil etmir. 40 ilə yaxındır ABŞ-da, Fransada şəxsi işləri ilə məşğul idi”.

Bunu Güney Azərbaycan Demokratik Türk Birliyi” təşkilatının sədri Əjdər Tağızadə Musavat.com-a açıqlamasında bildirib. O, qeyd edib ki, son illər, xüsusilə də bu il İranda xalq hakimiyyətə qarşı mübarizə aparır: “Rza Pəhləviyə atasından 40 milyard dollar qalıb. Onu alternativ kimi gördükləri üçün Qərbdən dəstək alır. O tək deyil. Başqa qruplar, dəstələr var, Avropada, ABŞ-da media vasitəsi ilə təbliğat aparılır. Özəlliklə Tehran rejiminin mövqeləri məhdudlaşıb. Suriya və başqa yerlərdə İsrail onlara qarşı vuruşur. Odur ki, Rza Pəhləvinin səfəri simvolik xarakter daşıyır".

Əjdər Tağızadə bildirib ki, Rza Pəhləvinin atası Məhəmməd Rza Pəhləvi Tehrandakı İsrail səfirliyini gizli saxlayırdı: "Yeri gəlmişkən, uzun illər ərzində İsraildə hakimiyyətdə təmsil olunanların əksəriyyəti İrandan gəlmiş yəhudi kökənlilər olublar. Bu baxımdan İsraildə güclü lobbi var. İranda rejim silkələnir, partlamağa doğru gedir. Buna görə xaricdən yaxud başqa formada süni alternativlər yaratmağa çalışırlar. Tehran rejimi məsələyə bir cür, müxtəlif qruplaşmalar tamam başqa cür baxırlar. Rza Pəhləvidən alternativ kimi yararlanmağa, İranda millətlərə güclə qəbul etdirməyə çalışırlar. Millətlər öz taleyini müəyyən edə bilərlər. İranda Rza Pəhləvi nəslinin nümayəndələri üzə çıxıb. Rza Pəhləvi Azərbaycana ziddir. Onun atasının, babasının Azərbaycanda törətdiyi soyqırım cinayəti heç vaxt yaddan çıxmaz. Bunu hər kəs bilir. Rza Pəhləvinin İran-İsrail münasibətlərinin normallaşmasında önəmli şəxs hesab oluna bilməz”.

Nigar Həsənli,
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR