Onlayn ictimai-siyasi qəzet
İsrail hökuməti İrandan gələn təhdidlərə görə müxtəlif ölkələrdəki 28 diplomatik missiyasını bağlayıb.
Musavat.com xəbər verir ki, bu barədə "Sky News Arabia" məlumat yayıb.
Nəşr qeyd edir ki, İranın mümkün cavabına görə İsrail ordusu hava qüvvələrinin və hava hücumundan müdafiə sisteminin döyüş hazırlığını artırıb, həmçinin hərbçilərin məzuniyyətlərini ləğv edib.
İsrail Müdafiə Qüvvələrinin nümayəndəsi bildirib ki, ölkə ona qarşı istənilən təhlükəni ciddi qəbul edir və istənilən ssenariyə hazırdır.
Bundan bir gün əvvəl "Kan" radiosu bəzi ölkələrdəki səfirliklərdən İsrail diplomatlarının təxliyəsi barədə məlumat verib. Diplomatik nümayəndələrə isə ictimai tədbirlərdə iştirak etməməklə bağlı xəbərdarlıqlar göndərilib.
Xatırladaq ki, aprelin 1-də İsrail hərbçiləri Dəməşqdə İran səfirliyinin yerləşdiyi diplomatik məhəlləyə hücum edib. Konsulluq tamamilə dağıdılıb. Hücum nəticəsində iranlı generallar Məhəmməd Rza Zahedi və Məhəmməd Hadi Haca Rəhimi, həmçinin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) beş zabiti həlak olub.
İran Prezidenti İbrahim Rəisi İslam İnqilabı Keşikçiləri Korpusunun iki generalı və beş zabitinin öldürüldüyü Dəməşq konsulluğuna hücuma görə İsrailə qisas alacağını vəd edib.
Musavat.com
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ