İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail Hərbi Hava Qüvvələri Livanın cənubuna zərbələr endirdi: "Hizbullah" komandiri məhv edildi

İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı Cuaya bölgəsinə zərbələr endirib.

Bu barədə Oxu.Az İsrail Müdafiə Qüvvələrinin rəsmi "Telegram" kanalına istinadən xəbər verir.

Məlumata görə, İsrail Hərbi Hava Qüvvələri həmçinin "Hizbullah"ın tank əleyhinə raket bölməsinin komandiri kimi fəaliyyət göstərən Həsən Fares Ceşi məhv edib.

Qeyd edilib ki, bu gün səhər saatlarında İsrail Hərbi Hava Qüvvələri Aytarun bölgəsində "Hizbullah" hərbi obyektlərinə hücum edib. Həmçinin İsrail ordusunun artilleriyası təhlükəni aradan qaldırmaq üçün Livanın cənubundakı ərazilərə zərbələr endirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

21 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR