Onlayn ictimai-siyasi qəzet
İsrail hərbçiləri son 24 saat ərzində Qəzza zolağında 45-ə yaxın silahlı fələstinlini məhv edib.
Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Xəbərə görə, anklavın mərkəzi hissəsində yaxın döyüşlər və hava zərbələri nəticəsində 20-yə yaxın radikal məhv edilib. Daha 25 fələstinli anklavın cənubundakı Rəfah şəhəri yaxınlığındakı basqınlarda öldürülüb. dirnaq modelleri
İsrail ordusundan bildiriblər ki, məhv edilənlər arasında HƏMAS hərəkatının hərbi qanadının komandirlərindən Məhəmməd Mahasne də var. İsrail hərbçilərinin sözlərinə görə, o, qaçaqmalçılıq əməliyyatlarına, o cümlədən radikallar üçün Qəzza zolağına silahların çatdırılmasına cavabdeh olub.
"Mahasne ilk növbədə dəniz yolu ilə, eyni zamanda tunellər və sərhəd-keçid məntəqələri vasitəsilə qaçaqmalçılıqla məşğul olub. Onun aradan qaldırılması HƏMAS-ın Qəzza zolağına qaçaqmalçılıq yolu ilə avadanlıq keçirmək imkanlarını əhəmiyyətli dərəcədə zəiflədir", - açıqlamada deyilir./Bakupost.az/
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ