İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail "F-16"sı "Shahed" PUA-sını BELƏ VURDU - VİDEO

İsrail Hərbi Hava Qüvvələrinə məxsus "F-16" döyüş təyyarəsi Suriyanın cənubunda, Dəra vilayəti üzərində İran istehsalı olan "Shahed-136" tipli pilotsuz uçuş aparatını (PUA) aşkar edərək havada məhv edib.

Musavat.com “Clash Report”a istinadən xəbər verir ki, hücum zamanı istifadə olunan silah barədə rəsmi məlumat verilməsə də, hərbi mənbələr hücumun yüksək ehtimalla AIM-9 "Sidewinder" və ya İsrail istehsalı olan "Python" seriyalı idarə olunan raketlərlə həyata keçirildiyini bildirir.

Hər iki raket növü hava-hava tipli müasir silah sistemləri sayılır və qısa mənzilli hədəflərin dəqiq məhv edilməsi üçün nəzərdə tutulub.

Hadisə ilə bağlı İsrail ordusu hələlik rəsmi açıqlama verməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR