İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail etirazlara görə Ben Qurion hava limanından uçuşları dayandırıb

İsrailin Ben Qurion hava limanı məhkəmə islahatlarına qarşı kütləvi etirazlar fonunda fəaliyyətini dayandırıb.

Musavat.com xəbər verir ki, bu barədə “Haaretz” məlumat yayıb.

Hava limanının bağlanması barədə qərarı ümumi tətildə iştirak edən İsrailin milli həmkarlar ittifaqı qəbul edib. Hava limanının həm reyslərin göndərilməsini, həm də qəbulunu dayandıracağı dəqiqləşib.

Martın 27-də Ben Quriona təxminən 73 min adam gəlib-getməli imiş.

Tətil martın 28-dən məhkəmə islahatının ləğvi elan edilənədək davam edəcək.

Bundan əvvəl İsrailin keçmiş baş naziri Naftali Bennet hökuməti kütləvi etirazlar fonunda məhkəmə islahatlarını təxirə salmağa və danışıqlara getməyə, həmçinin etirazçılara müraciət edərək zorakılıqdan və qan tökülməsindən çəkinməyə çağırıb.

Bu arada mətbuatda İsrail hökumətinin başçısı Benyamin Netanyahunun bu gün ölkə hakimiyyətinin təşviq etdiyi məhkəmə islahatının dayandırıldığını elan edə biləcəyi barədə xəbərlər yayılıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR