İnsanlara hürriyət, millətlərə istiqlal!

İspaniya parlamentindən Azərbaycan qarşı addım: İki ölkə arasında saziş təsdiqlənmədi

İspaniya Deputatlar Konqresi (ölkə parlamentinin aşağı palatası) Azərbaycanla imzalanmış beynəlxalq müqaviləni təsdiq etməyib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “El Confidencial” saytı məlumat yayıb.

“Qeyri-adi faktdır ki, Konqres hökumət tərəfindən imzalanmış beynəlxalq müqaviləni təsdiq etmir. Dünən belə oldu. Erməni xalqı ilə həmrəylik əlaməti olaraq, deputatların əksəriyyəti bu ölkə ilə məxfi məlumatlarla bağlı razılaşmanın əleyhinə səs verib”, - deyə ispaniyalı deputat Con İnyarritu “Twitter” səhifəsində bildirib.

Qeyd edək ki, 2021-ci ilin dekabrında Madriddə imzalanmış saziş Azərbaycanla məxfi məlumatların mübadiləsini və bu məlumatların qorunmasını nəzərdə tutur.

Sənədin ratifikasiyası ilə bağlı 174 deputat əleyhinə, 132 deputat lehinə səs verib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR