İnsanlara hürriyət, millətlərə istiqlal!

İspaniya Futbol Federasiyasının ofisində axtarış aparıldı

Polis İspaniya Krallığı Futbol Federasiyasının (RFEF) ofisində axtarış aparıb.

Musavat.com xəbər verir ki, axtarış prokurorluğun apardığı korrupsiya təhqiqatı çərçivəsində həyata keçirilib.

Bildirilib ki, Federasiya iş adamları ilə korrupsiya əlaqələrində və çirkli pulların yuyulmasında şübhəli bilinir.

Səhər saatlarında başlayan axtarış iş gününün sonunda başa çatıb. Əməliyyat zamanı Federasiyanın üzvləri və jurnalistlər binaya buraxılmayıb.

İstintaq çərçivəsində ölkə üzrə 11 ünvanda axtarış həyata keçirilib. Yeddi nəfər şübhəli şəxs qismində dindirilib.

İspaniya Futbol Federasiyasının rəhbərliyi məsələyə münasibət bildirməyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR