İnsanlara hürriyət, millətlərə istiqlal!

İslam dünyasını qarışdıracaq film ekranlara çıxır-VİDEO

 

Tarik Salehin "Qahirədə sui-qəsd planı" trilleri İstanbulda çəkilib, Misirdə isə qadağan olunub

Misir əsilli rejissor Tarik Salehin "Qahirədə sui-qəsd planı" trillerinin müsəlman dünyasında “bomba effekti” yaradacağı gözlənilir. Film artıq “Kann” film festivalında ən yaxşı ssenariyə görə mükafat alıb. Kinotənqidçilərin fikrincə, triller xarici dildə ən yaxşı film nominasiyasında "Oscar" da ala bilər.

Tarik Salehi 2017-ci ildə "Nil Hilton otelində hadisə” filmdən sonra həbs təhlükəsi ilə üzləşdiyi üçün Misiri tərk edib. Onun ölkəyə gəlişi qadağan olub və hazırda İsveçdə yaşayır. O səbəbdən filmdəki hadisələr Misirdə cərəyan etsə də, İstanbulda lentə alınıb.

Filmin əsas qəhrəmanı Manzalın şimalında yaşayan  balıqçının oğlu Adəmdir. Ailəsində yaşlı atasından başqa onun iki kiçik qardaşı da var. Adəmin həyatı, yerli imamın ona ən qədim müsəlman universiteti Əl-Azhara qəbul olunmasını təklif etdikdən sonra 180 dərəcəni dəyişir.

Universitetdə sərt qanunlar mövcuddur və Adəm də bunlara əməl etmək məcburiyyətindədir. Günlərin birində bütün təhsil müəssisəsini sarsıdan hadisə baş verir. Misirin əsas İmamı şagirdlərin qarşısında çıxışı zamanı infarktdan ölür və bu hadisə ciddi sarsıntı yaradır. Bu vəfat İslam dünyası üçün böyük  kədər yaratsa da, Misirin siyasi elitasına dövlət təhlükəsizlik orqanları vasitəsilə öz planlarnı gerçəkləşdirmək imkanları açır, dərhal öz oyunlarına başlayırlar. Misir dövlət təhlükəsizlik orqanları böyük imamın səlahiyyət müddəti başa çatmamış vəfatından öz siyasi ambisiyaları üçün istifadəyə çalışırlar. Bu işi dövlət təhlükəsizliyi xidmətinin polkovniki İbrahimə həvalə edirlər. O, hökumətin yeni İmam vasitəsilə “faraonlar kimi”  İslam dünyasına nəzarətini təmin etmək üçün görəvrəndirilir.

misirdən film.jpg (90 KB)

Texniki cəhətdən Misir hökumətinin böyük İmamın seçilməsinə müdaxilə etmək hüququ yoxdur, ancaq öz agentləri vasitəsilə dini cəmiyyətin seçim qərarına təsir etməyə başlayırlar. Bu səbəbdən əsas namizəd olan dini liderlərin ətrafında oyunlar qurulur. Təvazökar Adəm də İbrahim vasitəsilə xüsusi xidmət orqanlarının casus oyunlarına cəlb edilir. Adəm əsas namizədin ətrafında Misir hakimiyyətinin qurduğu oyunların oyunçusuna çevrilir.

Tarik Saleh filmində İslamı qınamaq və ya qorumaq istəmədiyini iddia edir: “İslam xəbər başlıqlarını zəbt edib, amma insanlar bu din haqqında heç nə bilmirlər, baxmayaraq ki, dünyada bir milyarddan çox müsəlman var. Filmimdə İslamı tənqid etmədiyim olduqca aydın görünür. Bu dininin qaranlıq tərəfini, siyasətə alət olmaq cəhdlərini  görməyi tamaşaçının öhdəsinə buraxıram”.

 

Orxan Əliyev,
Musavat.com

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR