Onlayn ictimai-siyasi qəzet
Paltaryuyan maşınlar evlərdə ən çox istifadə edilən əşyalar arasındadır. Çamaşırlarımızı yumaq üçün istifadə etdiyimiz paltaryuyan maşınlar yüksək elektrik enerjisi tələb edən əşyalardır. Bu o deməkdir ki, biz davamlı istifadənin işıq puluna təsirini görürük.
Paltaryuyan maşınların daimi istifadəsi nəticəsində yaranan elektrik enerjisinə qənaət və eyni zamanda çamaşırların daha təmiz yuyulmasını təmin etmək üçün bəzi təbii üsullardan istifadə etmək olar.
Camaşırların daha təmiz olmasına kömək edən bu təbii üsul ağ sirkə istifadəsidir. Paltaryuyan maşında ağ sirkədən istifadə etməklə həm də elektrik puluna qənaət etmək mümkündür.
Paltaryuyan maşında zamanla qalıq halına gələn yuyucu toz qalıqlarını təmizləyən ağ sirkə maşının iş qabiliyyətini yaxşılaşdırır və maşının istifadə etdiyi elektrik xərclərini azaldır.
Eyni zamanda effektiv təmizləyici vasitə olmaqla, yuyucu vasitənin təsirini artırır və paltarlardakı inadkar ləkələri çıxarmağa kömək edir./publika.az
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ