İnsanlara hürriyət, millətlərə istiqlal!

İşığı görmək məharəti - Elçin Mirzəbəylinin Xocalı-Xankəndi səfərindən qeydləri

...Artıq beşinci dəfədir ki, Ermənistana qalib gəldiyimiz üçün küsüb incik düşən 1-2 alayarımçıq təsisat istisna olmaqla, ölkənin siyasi palitrasının bütün ideoloji çalarlarını təmsil edən siyasi partiyaların rəhbərləri, politoloqlar və populyar YouTube kanallarının idarəçiləri birlikdə azadlığının beşinci ilini yaşayan yurd yerlərimizə üz tuturlar. Və mən də, artıq ikinci dəfədir ki, onlarla birlikdə yola rəvan oluram.

Səhərin alaroranlığından sıyrılan Günəş şüaları sahilin hüzura qərq olmuş sularına baş vurub işıqlı bir günün müjdəsini verirmiş kimi gözümə sıçrayır.

Alatoranlıqda da işıq aydın görünür, qaranlıqda olduğu kimi... Önəmli olan işığı görmək bacarığıdı, onun varlığına inanmaqdı. Əgər inanırsansa, deməli işıq sənin özündədir, düşüncəndə, dünyaya, həyata baxışındadır.

Torpaqlarımızın 30 ilə yaxın davam edən əsarətinə qaranlıqları yararaq son qoyulmasının sirrini də elə burada axtarmaq lazımdır. İllərin arxasından Zəfər Günəşinin narın zərrələrini sezərək, ümidini bir an belə itirmədən işığa doğru yürüyən işıq-adamların inamından doğur işıqlı sabahlar. Bəzən bir İşıq-Adamın inamı, əzmi, zəkası milyonların işığın varlığına inanması üçün yetərli olur. Min illər öncə Ergenekonda istibdadın qaranlığından sıyrılıb xalqını işığa doğru aparanların qurtuluş, xilas fəlsəfəsinin özəyi də nə bozqurdda, nə də dəmirəridənlərin məharətində deyil, kimsənin görə bilmədiyi işığı və ona doğru aparan yolu görə bilmək fəhmindədir.

...Elə bu düşüncələrin işığında yarımürgülü gözlərimi Xocalıda, məktəb stadionunda fotbol oynayan uşaqların səsinə açıram.

XOCAL.jpeg (127 KB)

Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşəbbüsü və təşkilatçılığı ilə azad olunmuş ərazilərə beşinci səfərin mənim üçün ən önəmli məqamlarından birinin, məhz Xocalıdan, məktəb stadionundan yüksələn səslərdən başladığın düşünürəm...

Xankəndidə, vaxtilə milli varlığımıza qənim kəsilənlər separatçı-terrorçuların baş qaldırdığı meydanda istiqlalımızın müqəddəs rəmzi olan üçrəngli bayrağımızın gölgəsində yaşadığım qürur dolu anları isə, qənaətimə görə geridə buraxdığım zaman kəsiyinin hər hansı bir parçası ilə əvəz etmək mümkün deyil. Bu meydanda dualarımız da, alqışlarımız da bizə bu qüruru yaşadanlar üçündür...

Azad olunmuş yurd yerlərinə səfərləri, 2019-cu ildən etibarən siyasi partiyalar arasında başlayan dialoqun ən ənəmli və ən əhəmiyyətli hissəsi hesab etmək olar.

XOCAL SON.jpeg (223 KB)

Şübhəsiz ki, ölkənin, faktiki olaraq, bütün siyasi spektrini təmsil edən təşkilatların, məhz milli birliyimizi, bütövlüyümüzü simvolizə edən, Böyük Zəfərimizə və Böyük Qayıdışımızın izlərinə ayna tutan yurd yerlərimizdə bir araya gəlməsi dialoq anlayışına, fərqli və həm də milli, yalnız biz azərbaycanlılara məxsus olan bir çalar qatır. Bu dialoq platformasında bütün ideologiyalar, baxış bucaqları arxa plana keçir, yalnız milli maraqlar, dövlətin və xalqın gələcəyi, bizi azadlığına qovuşan yurd yerlərəmizdən strateji hədəflərimizə doğru aparan YOL önə çıxır.

UNİVER.jpeg (109 KB)

Rasionalizmin ən parlaq təmsilçilərindən olan Benedikt Spinozanın çox sevdiyim bir deyimi var. Spinozaya görə, “Anlamaq razılaşmanın başlanğıcıdır”. Bu baxımdan, siyasi partiyaların azad olunmuş ərazilərimizə səfəri çərçivəsində davam etdirilən dialoq formatının özəlliyi də, daha səmimi müzakirələrə yol açmaqla yanaşı, görülən işin, keçilən yolun mahiyyətini ən incə detallarına kimi qavramaq, anlamaq imkanı yaratmasıdır. Burada hər şey göz önündədir, təsəvvüründə nə isə canlandırmağa ehtiyac yoxdur. Bax, düşün və qərar ver! Doğru yolda olduğuna, milli birliyimizin, bütövlüyümüzün içərisində yer aldığına bir daha əmin ol...

ELCİN SON.jpeg (144 KB)

Elçin Mirzəbəyli
Milli Məclisin deputatı

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Mart 2025

BÜTÜN XƏBƏRLƏR