İnsanlara hürriyət, millətlərə istiqlal!

İşgəncələrə görə xəstəxanaya düşmüş zəncanlı qadın fəal həbs edildi - FOTO

İranda zənсanlı qadın fəal Nilufər Şakiriyə altı il həbs cəzası verilib.

“Azad İran” “Telegram” kanalının məlumatına görə, bu barədə onun anası özünün sosial media hesabında paylaşım edib.

Qadının sözlərinə görə, qızının mühakiməsi zamanı onun vəkillə təmin olunmasına icazə verilməyib.

O da vurğulanıb ki, ötən il dekabrın 4-də Nilufər Şakiri işgəncə səbəbindən daxili qanaxma ilə xəstəxanaya yerləşdirilib, amma tam müalicə alınmamış yenidən həbsxanaya qaytarılıb.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR