İnsanlara hürriyət, millətlərə istiqlal!

İşğaldan azad olunmuş ərazilərdə su anbarları ilə bağlı son məlumat açıqlandı - FOTO

"İşğaldan azad olunmuş ərazilərin yenidənqurulması və bərpası üçün ayrılan vəsait hesabına Tərtər rayonu ərazisində yerləşən su tutumu 5,86 milyon kubmetr olan Suqovuşan, Ağdam rayonu ərazisində yerləşən su tutumu 23 milyon kubmetr olan Xaçınçay, Füzuli rayonu ərazisində yerləşən su tutumu 15,5 milyon kubmetr olan 3 ədəd Köndələnçay su anbarlarının və magistral kanalların təmir-bərpası və uzunluğu 20,2 km olan Tərtərçay Sol Sahil kanalının yenidənqurulması kimi bir sıra tikinti işlərinə başlanıb".

Musavat. com xəbər verir ki, bunu “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədr müvini Əsəd Şirinov hesabat tədbirində bildirib. O, qeyd edib ki, Ağdam, Fizuli və Cəbrayıl rayonlarının meliorasiya və su təsərrüfatı komplekslərinin bərpası üzrə texniki-iqtisadi əsaslandırmaların və layihə sənədlərinin hazırlanması işlərinə də start verilib: "Bununla yanaşı, uzunluğu 56 km olan Qız qalası su anbarının magistral kanalının tikintisi, Laçın rayonu ərazisində yerləşən su tutumu 90,8 milyon kubmetr olan Həkəriçay və Qubadlı rayonu ərazisində yerləşən su tutumu 67 milyon kubmetr olan Bərgüşadçay su anbarlarının layihə sənədlərinin hazırlanması istiqamətində işlər davam etməkdədir. Həkəri çayın sağ və sol sahilində yerləşən əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi məqsədilə Laçın rayonu ərazisində yerləşən su tutumu 26,7 milyon kubmetr olan Zabuxçay su anbarının və magistral boru kəmərlərinin tikintisi üzrə lahiyənləndirmə işlərinin icrasına başlanıb".

Nigar Həsənli,
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR