İnsanlara hürriyət, millətlərə istiqlal!

İşğaldan azad olunan ərazilərin istilik infrastrukturu necə qurulur? - Rəsmi açıqlama

"İşğaldan azad edilmiş ərazilərimizdə enerji infrastrukturunun bərpası və yenidən qurulması ilə Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin "Şəhərsalma" və “Enerji təminatı məsələləri” İşçi Qrupunun fəaliyyətində "Azəristiliktəchizat" ASC təmsil olunmaqla Baş Planların müzakirələrində və istilik infrastrukturunun yaradılması ilə bağlı təkliflərin hazırlanmasında fəal iştirak edir".

Musavat.com xəbər verir ki, bunu Azəristiliktəchizat" ASC-nin sədri vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev deyib : "Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 8 may tarixli 2642 nömrəli "Şuşa şəhərində istilik təchizatı sisteminin layihələndirilməsi, tikintisi və quraşdırılması ilə bağlı tədbirlər haqqında" Sərəncamının icrası ilə əlaqədar "Azəristiliktəchizat" ASC tərəfindən Azərbaycan Respublikasının Energetika Nazirliyi və Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi ilə razılaşdırılmaqla quraşdırılmış gücü 8110 kVt/saat olan 7 qazanxananın tikintisi və müxtəlif təyinatlı 16 binanın məhəllədaxili və binadaxili istilik və isti su təchizatı sistemlərinin yenidən qurulması işləri başa çatdırılaraq işə salınıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 iyun tarixli sərəncamına ilə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə yaşıl enerji zonasının yaradılması üzrə tədbirlər planı" təsdiq edilib və "Optimal istilik və isti su təchizatı sistemlərinin seçilməsi və müvafiq infrastrukturun qurulması ilə bağı təkliflərin hazırlanaraq təqdim edilməsi" "Azəristiliktəchizat" ASC-ə həvalə edilib".

Nigar Həsənli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR