İnsanlara hürriyət, millətlərə istiqlal!

İşğaldan azad edilmiş ərazilərə avtobus reysləri təxirə salınıb? - AÇIQLAMA

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, işğaldan azad olunan ərazilərə müntəzəm avtobus marşrutları hava şəraiti ilə əlaqədar təxirə salınıb.

Musavat.com xəbər verir ki, məsələ ilə bağlı “trend”in sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) müntəzəm avtobus marşrutları ilə işğaldan azad edilən ərazilərə səfərlərin qrafikə uyğun olaraq davam etdirildiyi bildirilib.

Qeyd edək ki, Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları 2022-ci il yanvarın 24-də istifadəyə verilib. Füzuli istiqamətində isə ilk müntəzəm avtobus reysi 25 iyun tarixində həyata keçirilib.

Ötən ay Tərtər rayonunun Talış kəndində məskunlaşan əhalinin nəqliyyat xidmətlərinə olan tələbatını ödəmək üçün marşrut açılıb.

İlk mərhələdə marşrut “Şıxarx” qaçqın şəhərciyindən başlamaqla Talış kəndi istiqamətində Tərtər şəhərinin mərkəzi bazarı, avtovağzal, Seydimli, Çaylı və Suqovuşan kəndləri aralıq dayanacaqlarından keçməklə təşkil olunub. Hazırda sərnişinlərə bir kiçiktutumlu nəqliyyat vasitəsilə xidmət göstərilir və gün ərzində iki reys həyata keçirilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR