Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Evi Birliyinin Dəstəyi, Qarabağ Azadlıq Mərkəzinin təşkilatçılığı ilə Zəfər günümüzün 2 -ci il dönümü münasibəti ilə tədbir keçirilib.
Musavat.com xəbər verir ki, tədbirdə azərbaycanlılarla bərabər digər şəhərlərdən gələn xaricilər də iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycan Evi Birliyinin başqanı və Qarabağ Azadlıq Mərkəzinin rəhbəri Ülviyyə Nəcəfova qeyd edib ki, ənənəyə sadiq qalaraq tədbir Azərbaycanın Dövlət himni ilə başlayıblar:
“Şəhidlərimizi bir dəqiqəlik sükutla böyük ehtiramla yad elədik. Bir neçə çıxışlar oldu, Zəfər günümüzlə bağlı ürək sözlərini dedilər, burda böyüyən uşaqlarımız şeir dedilər, mahnılar oxudular, vətənpərvər musiqilərimiz, mahnılarımız səsləndirildi. Zəfər gününə aid videolar göstərildi və Təbrizli Nəsrin xanım Hüseyn bəyin müşayiəti ilə canlı olaraq xalq mahnılarımızı ifa etdi. Ən önəmli məqamlardan biri isə o oldu ki, bayrağımızı şəhərin mərkəzində yerləşən Azərbaycan Evi binasının çöl tərəfindən asaraq dalğalandırdıq”.
Tədbirin sonunda qonaqlara yemək ziyafəti verilib, xatirə fotoları çəkilib.
Musavat.com
14 Oktyabr 2024
01:40 Bakıdan qovulan İran mollası Cəmkəranda ortaya çıxdı və Livana yavan çörək təklif etdi - VİDEO
13 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ